Siyasət

Prezident Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub - VİDEO - FOTO

21 Aprel 2022 14:35
Baxış: 2 208

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.

Məlum olduğu kimi, aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərində tullantıların idarə olunması poliqonunda gedən işlərlə tanış oldu.

Bildirildi ki, burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış oldu.

Məlumat verildi ki, hazırda binada işlər tamamlanmaq üzrədir. Şəhərin arxitekturasına uyğun tikilən binada hər cür şərait yaradılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.