Xocavənd rayonundakı Çartar kəndinin yaxınlığında ermənilərin 152 mm çaplı iki D-30 haubitsası məhv edilib.
Milli.Az bildirir ki, Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin hərbçiləri haubitsaları partladaraq zərərsizləşdiriblər.
Haubitsa ilə yanaşı, 60 mərmi də partladılıb.
Ermənilərin iddialarına görə, rusiyalı sülhməramlılar Xocavənd, Ağdərə və Əsgəran rayonlarında axtarışlar aparmağa başlayaraq artilleriya qurğularını, iriçaplı atıcı silahları, sistemləri və s. aşkarlamağa çalışırlar.
Milli.Az