Siyasət

Kiyev regionunda 900 mülki şəxsin meyiti aşkarlanıb

16 Aprel 2022 08:28
0 Şərh     Baxış: 802

Kiyev regionunda 900 mülki şəxsin meyiti aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kiyevin polis rəisi Andrey Nebitov keçirdiyi brifinqdə bildirib:

"Təəssüf hissi ilə, deyə bilərəm ki, biz öldürülmüş 900 mülki şəxsin cəsədini tapmışıq. Onlar məhkəmə-tibbi ekspertizasına verilib".

A. Nebitov vurğulayıb ki, meyitlərdən 350-si Rusiya qoşunlarının müharibə cinayətləri törətməkdə ittiham olunduğu Buçada aşkarlanıb.

Əlavə edib ki, Borodyanka və Makarovda dağıntıların təmizlənməsi prosesi davam etdiyindən əlavə meyitlər tapılacağı ehtimal olunur.

Polis rəisi vurğulayıb ki, öldürülənlər mülki şəxslər olub və hərbi birləşmələrlə heç bir əlaqələri olmayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.