Siyasət

Ayətullah Xameneyi: «Qarabağdakı erməni separatçıları ilə hər cür əlaqə haramdır!»

7 May 2010 13:58
Baxış: 243
Milli.Az SalamNews İnformasiya Agentliyinə istinadən xəbər verir ki, agentliyin İranın dini liderinə Dağlıq Qarabağ münaqişəsinə dair ünvanladığı sorğusuna verilən cavabda deyilir: "Ayətullah Xameneyinin Qarabağ məsələsində mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır. Bu, ilk novbədə bir Ayətullah kimi onun fətvasıdır. Bu fətva şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır".

"Bu həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək", - deyə dini liderin dəftərxanasından verilən açıqlamada bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.