Siyasət

Avstraliyadan Rusiyaya qarşı yeni sanksiyalar

14 Aprel 2022 09:00
0 Şərh     Baxış: 760

Avstraliya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın 14 şirkəti, müəssisə və təşkilatına qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyinin cümə axşamı yayılan məktubunda bildirilir.

Bildirilir ki, Avstraliyanın sanksiyaları yanacaq-energetika şirkətləri "Qazprom", "Qazprom Neft" və "Transneft", Rusiyanın avtomobil və mühərrik istehsalçısı "KAMaz", "Alrosa" almaz hasilatı şirkətləri qrupu, "Ruselectronics" holdinq və başqalarınadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.