Şantaj nəticə vermədi: Bu ölkə Rusiya qazından tamamilə imtina etdi
Litva Rusiyadan təbii qaz idxal etməmək qərarına gəlib və bununla da Aİ ölkələri arasında Rusiya qazından tamamilə imtina edən ilk ölkə olub.
Milli.Az hit.az-a istinadən xəbər verir ki, bu barədə Litva Respublikasının Energetika Nazirliyi məlumat yayıb.
"Rusiya qazından tam enerji müstəqilliyi əldə etmək cəhdi, Rusiyanın Avropada enerji şantajına və Ukraynadakı müharibəyə cavab olaraq, Litva Rusiya qazından tamamilə imtina etdi" - məlumatda deyilir.
İndi Litvanın qaza olan bütün tələbatı Klaypeda mayeləşdirilmiş təbii qaz terminalı hesabına ödənilir. Növbəti dövr üçün müştərilər qazın nəqli üçün sifarişləri yalnız terminaldan veriblər. Lazım gələrsə, Latviya ilə qaz bağlantısı, mayın 1-dən isə Polşa ilə qaz şəbəkəsi vasitəsilə Litvaya qaz da verilə bilər.
Energetika naziri Dainius Kreivis vurğulayıb ki, bu, Litvanın enerji müstəqilliyi tarixində dönüş nöqtəsidir:
"Biz "Qazprom"un tədarükçü ölkələri arasında Rusiyanın qaz tədarükündən müstəqilliyini təmin edən ilk Aİ ölkəsiyik və bu, uzunmüddətli ardıcıllığın, enerji siyasətinin və vaxtında infrastruktur həllərinin nəticəsidir".
Rusiyanın Avropada enerji şantajı
Martın 23-də işğalçı ölkənin prezidenti Putin bəyan edib ki, Rusiya Federasiyası Avropaya nəql olunan qazın ödənişini rus rublu ilə qəbul etmək qərarına gəlib.
Belə şəraitdə Rusiyanın qaza görə ödənişi rublla tələb etməsi mənasızlaşır, çünki Litva artıq Rusiya qazını sifariş etmir və onun haqqını ödəmək niyyətində deyil. Cavab olaraq Rusiyanın qaz təchizatı şirkəti "Qazprom" Amber Grid-ə bildirib ki, o, artıq Litva-Belarus bağlantısı vasitəsilə Rusiyadan qaz idxal etmək niyyətində deyil.
Litva ərazisindən tranzit qazı Koenigsberg-in ehtiyacları üçün nəql olunmağa davam edir, lakin adi haldan fərqli texniki rejimdə tranzit üçün yalnız lazımi miqdarda qazın ötürülməsini təmin edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...





