Siyasət

MAQATE Çernobıla missiya göndərəcək

2 Aprel 2022 08:44
0 Şərh     Baxış: 578

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıla xüsusi missiya göndərəcək.

Bu barədə "Euronews" xəbər verir.

"MAQATE yaxın bir neçə gün ərzində Agentliyin ilk yardım və dəstək missiyasının (Çernobıl) göndərilməsi ilə bağlı Ukrayna hakimiyyət orqanları ilə sıx məsləhətləşmələr aparır", - məlumatda deyilir.

MAQATE mütəxəssisləri Çernobıldakı radioaktiv tullantı obyektlərini yoxlayacaq.

Daha sonra MAQATE-nin baş direktoru Rafael Qrossi Çernobıldakı xüsusi əməliyyata şəxsən rəhbərlik edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, Ukraynada nüvə təhlükəsizliyi üzrə ilk belə missiya olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.