Siyasət

Humanitar minatəmizləmə üzrə beynəlxalq konfransda bəyanat qəbul edilib

1 Aprel 2022 17:49
Baxış: 472

Bakıda keçirilən Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın bəyanatı qəbul edilib.

Milli.Az xəbər verir ki, bəyanatda konfransın əhəmiyyəti qeyd edilərək bildirilir ki, konfransın əsas məqsədi insan həyatı üçün mina təhlükəsinin aradan qaldırılmasında humanitar mina fəaliyyətinin vacibliyini müzakirə etmək üçün mina təmizlənməsi sahəsində beynəlxalq ictimaiyyətin əsas aktorlarını, dövlət qurumlarını və vətəndaş cəmiyyətini bir araya gətirmək olub.

Konfrans dayanıqlı sülh və sosial-iqtisadi inkişaf üçün humanitar mina fəaliyyətinin potensialı ilə 2030 Dayanıqlı İnkişaf Gündəliyi arasında əlaqələri müəyyən etmək üzərində cəmlənib.

Əməkdaşlığı möhkəmləndirmək və bundan sonra birgə fəaliyyəti genişləndirmək imkanlarını araşdırmaq məqsədilə konfransın yekun rəyləri və tövsiyələri iştirakçılara çatdırılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.