Siyasət

ABŞ Rusiyanın daha 73 təyyarəsinə uçuş qadağası qoyub

31 Mart 2022 08:54
0 Şərh     Baxış: 1 228

ABŞ Ticarət Nazirliyi Rusiyaya qarşı ölkənin ixrac nəzarətini pozanların siyahısına daha 73 təyyarə əlavə edib.

Bu barədə "Bloomberg" xəbər verir.

Agentlik, həmçinin tərəfdaş ölkələrdə sahiblərinə qaytarılmasına icazə verilən 12 təyyarəni siyahıdan çıxarıb.

Bundan əvvəl ABŞ Ticarət Departamenti 33-ü "Aeroflot"a, digəri isə iş adamı Roman Abramoviçə məxsus olan 100 təyyarəyə uçuş qadağası elan edib.

Abramoviç və "Aeroflot"un təyyarələri ilə yanaşı, "AirBridgeCargo" yük şirkətinin təyyarələri, "Aviastar-TU" daşıyıcısı, "Azur Air", "Nordwind" və "Utair" də məhdudiyyətlərə məruz qalıb. Bu təyyarələri xüsusi icazə olmadan idarə etmək həbs və cərimələrlə nəticələnə bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.