Siyasət

Ukrayna ordusu əks-hücuma keçdi: rusiyalılar mühasirəyə düşə bilər

26 Mart 2022 08:30
0 Şərh     Baxış: 2 807

Rusiya qoşunlarının işğal etdikləri və "müvəqqəti icra hakimiyyəti" qurduqları Xerson şəhəri uğrunda yenidən döyüşlər başlayıb.

Ukrayna ordusu əks-hücuma keçərək rusiyalıları Xersondan çıxarmağa, şəhəri azad etməyə çalışır.

Milli.Az The New York Times-a istinadən bildirir ki, şəhərdə küçə döyüşləri gedir. Rusiyalı hərbçilər mövqelərini ataraq geri çəkilməyə başlayıblar.

Ukraynanın Silahlı Qüvvələri Xersonda uğura nail olsalar, bu, Rusiyanın Ukraynadakı qoşunları üçün çox ciddi problemlər yaradacaq.

Ən başlıcası isə qonşuluqdakı Nikolayev şəhərini ələ keçirmək istəyən rusiyalı qoşun birləşmələri mühasirəyə düşə bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.