Siyasət

Ukrayna faciəsi: 100 min uşaq ölə bilər - FOTO

13 Mart 2022 21:38
0 Şərh     Baxış: 2 968

Köməksiz, kədərli uşaqlar Kiyevdəki binaların və evlərin zirzəmilərində bombardmanlardan qorunmağa çalışırlar.

Ukraynada hələ də 100 min uşağı təcili təxliyə etmək gərəkdir.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, Rusiyanın silahlı qüvvələrinin irəliləməsi nəticəsində yüz minlərlə, milyonlarla ukraynalının həyatı təhlükədədir.

İndiyədək sadəcə, 2500 uşaq hərbi əməliyyatların intensiv olduğu məkanlardan çıxarılıb. Səbəb Rusiya qoşunlarının aramsız bombardmanları, binalarla yanaşı, hərəkətdə olan nəqliyyat vasitələrini atəşə tutmasıdır.

Kiyevdə fiziki məhdudiyyətli 5 mindən artıq uşağın dərhal şəhərdən çıxarılmasına ehtiyacı var.

Ukraynada hətta uşaq evlərinin, uşaq bağçalarının və məktəblərin raketlərlə, bombalarla vurulmasını, xəstəxanalara kaset aviabombalarıın atılmasını nəzərə alsaq, vəziyyət kritikdir.

Ölkənin paytaxtı Kiyevdə 700 uşaq evi var və uşaq evlərində 100 min uşaq  böyüdülür.

O uşaqlar real ölüm təhlükəsi ilə üzləşiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.