Siyasət

İtaliya 5 rusiyalı milyarderin əmlakını müsadirə etdi

6 Mart 2022 00:19
1 Şərh     Baxış: 3 414

İtaliya Rusiyanın Ukraynaya hücumlarına görə Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar çərçivəsində indiyədək beş rusiyalı milyarderin İtaliyadakı aktivlərinə həbs qoyub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, əvvəlcə dünən gecə Aİ-nin sanksiya siyahısında olan rusiyalı milyarder iş adamı Aleksey Mordaşovun İmperiya şəhərində 65 milyon avro dəyərində lüks "Lady M" yaxtası müsadirə edilib.

Bu gün bu siyahıya Rusiya Prezidenti Vladimir Putinə yaxın olduğu bilinən daha dörd ad əlavə edilib.

İtaliya İqtisadiyyat və Maliyyə Nazirliyinin mənbələrindən ölkə mətbuatına verilən məlumata görə, Oleq Savçenkonun Luka əyalətində 3 milyon avro dəyərində olan 17-ci əsrə aid "Lazzareschi" villası, Vladimir Solovyovun Komo şəhərindəki ümumi dəyəri 8 milyon olan mülkləri, Gennadi Timçenkonun Sanremoda 50 milyon avro dəyərində olan "Lena" yaxtası və Əlişir Usmanovun Sardiniya adasındakı 17 milyon avroluq daşınmaz əmlak kompleksi müsadirə edilib.

Qeyd edək ki, İtaliyanın xarici işlər naziri Luici Di Maio da dünən axşam saatlarında açıqlama verərək, rus oliqarxlara məxsus təxminən 140 milyon avroluq aktivlərə əl qoymağa hazırlaşdıqlarını bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.