Siyasət

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək

1 Mart 2022 07:14
0 Şərh     Baxış: 786

Avropa İttifaqı Belarusa, xüsusən də Ukraynaya qarşı hərbi təcavüzdə iştirak edənlərə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

"Biz Belarus rejiminə qarşı sanksiyalar paketini gücləndirəcəyik və Ukraynaya qarşı təcavüzdə iştirak edənləri hədəf alacağıq ", - Josep Borrel əlavə edib.

Borrell həmçinin vurğulayıb ki, Belarusda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün respublika referendumu demokratik keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.