Siyasət

Zelenski İlham Əliyevə təşəkkür edib

26 Fevral 2022 20:52
Baxış: 2 746

Fevralın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

"Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İ.Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib", - deyə paylaşımda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.