Ermənistana görə Azərbaycandan QİSAS ALMAQ İSTƏYİRLƏR
"30 il ərzində Azərbaycan torpaqları işğal altında olarkən, ya da insan hüquqları ilə bağlı hesabatlar hazırlanarkən "Human Rights Watch" (HRW) təşkilatı Azərbaycana qarşı hər zaman qərəzli mövqe nümayiş etdirib, qeyri-obyektiv mövqe tutub".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
2.jpg)
O bildirib ki, təşkilat Azərbaycanın əleyhinə informasiya manipulyasiyası ilə məşğuldur:
""Human Rights Watch" (HRW) təşkilatının təsisçiləri içərisində ermənilərin olduğu, ya da erməni lobbisinin təsiri altında olan qüvvələrin mövcudluğu faktını nəzərə alsaq bu qeyri-hökümət təşkilatının başqa mövqe tuta bilməsi fikri belə absurd olar. Nəzərə alsaq ki, müasir dövrdə müharibənin hybrid forması daha aktual xarakter alıb, sözügedən təşkilat da "zamanın nəbzini tutaraq" rəqəmləri təhrif etməklə Azərbaycana qarşı informasiya müharibəsi aparır.
"Human Rights Watch" (HRW) təşkilatının 2021-ci il üzrə hesabatı tamamilə qeyri-obyektiv və qərəzlidir. Hesabatla tanışlıqdan sonra belə qənaətə gəlinir ki, sanki "Human Rights Watch" 44 günlük müharibəyə görə Azərbaycandan qisas alır. HRW ekspertləri ən böyük xətanı da məhz "Altı günlük müharibəsinin doğurduğu nəticələr" bölümündə törədiblər. Nəticələri saxtalaşdırıblar. Savaşın və dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa çalışıblar. Müəlliflər elə cümlələr qurub, elə terminlər işlədiblər ki, sanki Azərbaycan işğal altında olan ərazilərini azad etməyib. Əksinə, Ermənistana hücum edərək onun torpaqlarını ələ keçirib. Təkcə ifadələr, cümlələr deyil, rəqəmlər, arqumentlər də ziddiyyətlidir.
1.jpg)
Təşkilat tərəfindən Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərində törədilən terror nəticəsində dinc insanlarımızın həlak olması ilə yanaşı mülki strukturlara dəyən zərərlə bağlı obyektiv məlumatların işıqlandırılmalı olduğu halda, sözügedən təşkilatın Azərbaycan tərəfinin müharibənin getdiyi bir vaxtda Ermənistan ərazisində 71 məktəbi dağıtması faktını iddia etməsi Azərbaycana qarşı aparılan yalan və böhtan kampaniyasından xəbər verir. Təşkilat informasiya manipulyasiyası ilə məşğuldur. Azərbaycana qarşı aparılan mübarizə yalan üzərində formalaşdırılıb. Bu hesabatlar öncədən planlaşdırılmış ssenari üzrə işləyir və bəllidir ki, müəyyən və bəlli mərkəzdən koordinasiya edilir. İllərlə Azərbaycana edilən insan hüquqlarının pozulması kimi təqiblər və təzyiqlər kimi uydurma tezislərlə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əzmini qırmağa çalışan bu cür təşkilatlar indi də Azərbaycanın yaratmış olduğu reallıqla barışa bilmir, uğurlarımızı həzm edə bilmirlər.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan regionda yeni reallıq yaradıb, qalib tərəf olaraq Ermənistana sülh təklif edir. Azərbaycan əməkdaşlıq platformalarına açıq olduğunu bildirməklə, ermənilərin regiona reinteqrasiyasını təklif etməklə qeyri-humanist və insan hüquqlarını kimin pozduğu sualına cavabını çox açıq verir. Müharibə bitsə də, yumşaq güc və təzyiq vasitəsi kimi informasiya savaşı davam edir və bu istiqamətdə də Azərbaycan sistematik və koordinasiyalı iş həyata keçirərək bu kimi qüvvələrin qarşısında qətiyyətlə dayanır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?





