Azərbaycan Türkiyə münasibətləri son 30 ilin ən parlaq dövrünü yaşayır - TƏHLİL
Türkiyə Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cü ildönümüdür.
1992-ci il yanvarın 14-də Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olub. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunub.
Bu gün 30 il əvvəlkindən qat-qat güclü Türkiyə və daha güclü Azərbaycan var və iki ölkənin qardaşlığı və sıx əməkdaşlığı onların ortaq bölgələrində sülhün və sabitliyin böyük təminatına çevrilib.
Süleyman Dəmirəl Universiteti Beynəlxalq Əlaqələr Fakültəsi müəllimi Prof. Dr. Timuçin Kodaman Trend-ə açıqlaması zamanı bildirib ki, Türkiyə ilə Azərbaycan etnik, tarixi, mədəni, dil və dini cəhətdən yaxınlıqları səbəbindən hər zaman bir-birilərini dost və qardaş olaraq görüblər. Təbii ki, burada "İki dövlət, bir millət" şüarıda önəmli yerə malikdir.
"Müstəqilliyini yeni qazandığı bir vaxtda Azərbaycan gənc bir ölkə olaraq, qarşısına çıxan çətinliklərin öhdəsindən gələ bilmək üçün Türkiyənin dəstəyinə ehtiyac duyub. Azərbaycanın xarici siyasətində önəmli bir yer tutan Türkiyə dostluq siyasəti çərçivəsində Azərbaycanın sıxıntılı vaxtlarında əlindən gəldiyi qədər dəstək olub ,eyni dəstəyi də Azərbaycan hər fürsətdə Türkiyəyə qarşı göstərib. Çünki bu iki dövlət eyni statusdadır.
Hazırda Türkiyə və Azərbaycan bir-birilərinin ən güvənilir siyasi mütəffiqləridir", -deyə o bildirib.
Politoloq İlyas Hüseynov da həmçinin Trend-ə açıqlaması zamanı qeyd edib ki, tarixdə Azərbaycan Türkiyə münasibətləri hər zaman öz yaxınlığı, dostluğu və qardaşlığı ilə seçilib.
"1918-ci ildə də Qafqaz İslam ordusu Bakını bolşevik- daşnaklardan Nuru paşanın komandanlığı altında təmizləyib. Lakin 20-ci əsrin sonlarında Azərbaycanla Türkiyə arasında keyfiyyətcə yeni münasibətlər formalaşdı. Azərbaycan hər zaman Türkiyənin dəstəyini arxasında hisss edib. Bu Azərbaycanın beynəlxalq səviyyədə tanınmasında da öz rolunu oynayıb. Türkiyə ilə münasibətlər qurulmasından sonra bütün dünya ictimaiyyəti Azərbaycanın müstəqilliyini tanımağa və onunla diplomatik münasibətlər qurmağa çalışıb. Azərbaycanın 1992-ci ilin martında BMT-yə üzv qəbul olunması da bunun bir göstəricisidir. Dünyanın aparıcı dövlətləri ölkəmizlə diplomatik, siyasi, iqtisadi, hüquqi münasibətlər qurmağa çalışıb və bunun nəticəsində Azərbaycan dünya birliyinin aktoruna çevirlib. Vətən müharibəsində də Azərbaycanla Türkiyə arasında olan siyasi və mənəvi bağlılıq demək olar ki , müharibənin gedişatına əsaslı təsir göstərdi. Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azəbaycanın haqq işini, ədalətli mövqeyini dəstəklədi və bu çərçivədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə Azərbaycan münasibətləri həlledici rol oynadı", - deyə politoloq bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Zidan Ronaldonu müdafiə etdi





