Siyasət

İlham Əliyev: Məhsuldarlıq artarsa, özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik

12 Yanvar 2022 20:52
Baxış: 363

Biz təqribən 3,3 - 3,4 milyon ton buğda istehlak edirik. Onun da cəmi 2 milyonu Azərbaycanda istehsal olunur. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Yerli istehsalın məhsuldarlıq hesabına artırılmalı olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, - bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm, - onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.