ATƏT-in İrəvan qrupunun xortlamaq cəhdləri – Dəllallar rədd edilməlidir
Belə görünür ki, ATƏT-in Minsk qrupu köhnə heyətdə (Rusiya, ABŞ, Fransa) yenidən xortlamaq niyyətindədir. Bu "müftəxor turistlər", "nəxunək dəllallar", "riyakar tərəfgirlər" qrupu bir il öncə siyasət məzarlığına gömülüblər.
Milli.Az musavat.com-a istinadən bildirir ki, əslində, onların məkrli niyyəti olmasaydı və üzlərində abır-həya olsaydı, özlərini buraxar, missiyalarının sona (özü də uğursuzluqla) çatdığını elan edərdilər.
Amma elə deyil. Ötən il 44 günlük müharibədən əvvəl, müharibənin gedişində və ondan dərhal sonra özləri, əsl mahiyyətləri, gerçək niyyətləri bir neçə dəfə faş olmuş həmsədrlər sözün birbaşa mənasında Bakıdan qovulduqdan sonra da sağdan, soldan həmlələr edərək öz mövcudluqlarını qorumaq, yenə də münaqişə tərəflərinin arasına girmək istəyirlər.
Bir neçə gün öncə ATƏT-in Minsk qrupunun həmsdərləri İsveçin paytaxtı Stokholmda Azərbaycan və Ermənistanın xarici işləri nazirlərinin görüşünü təşkil edə bilməyərək növbəti dəfə uğursuzluğa düçar olublar, amma dəvədən yıxılıb "höt-höt" deməkdə davam edən bədəvi kimi yenə də bildirirlər ki, yeni görüş təşkil etməyə hazırdırlar.
Əlbəttə, yuxarıdakı tikanlı sözlər ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsini tutan diplomatlara aid deyil, onların təmsil etdiyi dövlətlərin, xarici siyasət idarələrinin kursu bərbad olandan sonra diplomatlar nə edə bilər? Olsa-olsa onların bəziləri yüngülvari şəkildə öz simpatiyalarından çıxış edə bilərlər - dövlətin kursuna xələl gətirmədən.
Məsələn, vaxtilə rusiyalı həmsədr Vladimir Kazimirov əvvəlcə əl altından, sonradan isə açıq-aşkar ermənilərə dəstək verirdi, tanınmış ermənilərlə oturub-durur, yeyib-içir, birgə planlar cızırdı. O, ifşa olunandan sonra siyasi xələfi o cür açıq tərəfgirlik etmədi.
Ermənilər də ABŞ-ı təmsil edən Metyu Brayzanın "Azərbaycana işlədiyi"ni iddia edirdilər - nə var, nə var, Brayza bir-iki dəfə münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətlə həll olunmasının vacibliyini söyləmişdi.
Ümumiyyətlə, Minsk qrupunun yaradıldığı 1992-ci ildə (24 mart) ona ümidlər böyük idi. Biz hesab edirdik ki, "Avropa münaqişənin ədalətli həllini təmin edəcək". O zaman bu qrupun, biri Rusiya olmaqla iki həmsədri vardı - 1994-cü ildə Finlandiya, 1996-cı ildə İsveç. Sonradan, 1997-ci ildə isə qrupda hakimiyyəti Fransa, ABŞ və Rusiya ələ keçirdi.
Elə o vaxtdan başlayaraq ölkəmizdə bu qrupun ədalətinə inamın ilbəil sarsılması prosesi başlandı və bu etimad iki sıfırlı 2020-ci ildə sıfıra qədər endi.
Onsuz da aydın idi ki, həmsədrlərin biri (Rusiya) açıq-aşkar və qabalıqla Ermənistana dəstək verir, biri (Fransa) üstüörtülü, amma qətiyyətlə ermənilərin tərəfindədir, o biri (ABŞ) isə özünü haqq-ədalət, sülh tərəfdarı kimi göstərə-göstərə "nə şiş yansın, nə kabab" siyasəti yeridir, əsl niyyəti bölgədə möhkəmlənməkdir.
Ona görə də Azərbaycanın siyasi arenasının fiqurantlar tez-tez ATƏT-in Minsk qrupunun buraxılmalı olduğunu bəyan edirdilər. Bu qrupun yeritdiyi siyasət vaxtaşırı həm müxalifət, həm də iqtidar partiyasının funksionerləri tərəfindən tənqid olunurdu.
Həmsədrlər isə deyilənlərə məhəl qoymayaraq ildə bir neçə dəfə İrəvana və Bakıya səfərlər edir, prezidentlərlə, xairici işlər nazirləri ilə görüşür, sonra hər iki ölkənin ləziz təamlar verilən iaşə müəssisələrinə delikateslərlə bəslənir, yaxşıca istirahət etdikdən sonra ölkələrinə qayıdırdılar. Onların arasında 23 dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin edilən Anjey Kasprşik də olurdu.
Arada onlar fəallaşır, münaqişənin həlli üçün həmlələr edirdilər. Danmaq olmaz, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllini istəyir, buna çalışırdılar. Amma necə? Bu çalışma "de-qe-er" adlanan qondarma qurumun Azərbaycan dövləti tərəfindən "respublika" kimi tanınmasını, Azərbaycanın öz torpağından birdəfəlik vaz keçməsini nəzərdə tuturdu. Belə olacaqdısa, həmsədrlərin etirazı yox idi, hər şeyi sürətlə düzüb-qoşacaqdılar.
2020-ci ilin payızında isə həmsədrlər əllərindəki domino daşlarını masanın üstünə açıq şəkildə çırparaq oynamağa başladılar. Bu dəfə Rusiya bitərəf kimi görünürdü, amma Fransa və ABŞ açıq-aşkar ermənilərin tərəfindən "vuruşurdu". Fransanın bölgəyə hərbi legion göndərməsi qalmışdı yalnız. ABŞ prosesin gedişindən məmnun deyildi. O biri Avropa dövlətləri də yaxalarını cırırdılar.
Hələ yaxşı ki, hərbi kampaniya qısa müddətdə başa çatdı, müharibə uzansaydı, Avropanın bəzi dövlətləri əllərindən gələni edəcəkdilər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməsin.
Bütün bu proseslər o qədər açıq müstəvidə gedirdi ki, artıq hər şey siyasətlə maraqlanan hər kəsə gün kimi aydındır. Hansı güclü dövlət nə istəyir, niyyəti nədir, münaqişə tərəflərindən kimi dəstəkləyir, bütün sirlər pozulub.
İndi ATƏT-in Minsk qrupunun həmsədrləri ona çalışırlar ki, münaqişə elə bu formatda yenidən dondurulsun, Dağlıq Qarabağda qalan ermənilər status alsın, bu status Azərbaycanın yurisdiksiyasından kənarda olsun. Bütün oyunlar bunun üstündədir.
Bu, heç də ATƏT-in Minsk qrupu deyil, bu, ATƏT-in İrəvan qrupudur. Azərbaycan dövlətini idarə edənlər yenidən o tələyə düşməməlidir. 1992-97-ci illərdə hərbi-siyasi-diplomatik baxımdan zəif idiksə, ABŞ və Avropanın çaldığı saksofon melodiyasına uymaq zorundaydıqsa, indi vəziyyət dəyişib, indi güclüyük, güclü müttəfilərimiz də var, diktə edən tərəf bizik. Ona görə də tərəf tutan dəllalları öz davamıza yaxın buraxmamalıyıq. Cəhənnəm olub getsinlər.
Yox, əgər bu qrupsuz keçinmək mümkün olmazsa, o zaman Minsk qrupunun digər üzvləri (Almaniya,
Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə, Finlandiya) arasında yeni həmsdərlər seçilə bilər.
Ermənilərlə savaşı da, sülh danışıqlarını da təkbətək, üz-üzə aparsaq, qalıcı sülh bir o qədər tez başa gələr. Yoxsa onlar ortalıqda tüyünənləri, qahmar çıxanları çox görəndə cızıqlarından çıxırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
-
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi
-
"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO
-
Çin ordusu bu ölkədə xüsusi əməliyyata BAŞLADI
-
Bu gün 2 ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Braziliya millisi qalib gəldi
-
Bu işçilərlə bağlı yenilik bu gündən qüvvəyə mindi
-
Azərbaycan gimnastları Dünya kubokunda finala yüksəliblər - FOTO
-
Hazır yuxadan asan lahmacun resepti
-
Bəzi sümüklər niyə digərlərindən daha sürətlə çürüyür?
-
"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı





