İrəvan yenə özünü zəhərlədi
Beynəlxalq Kimyəvi Silahların Yasaqlanması Təşkilatı (Organisation for the Prohibition of Chemical Weapons, OPCW) Ermənistanın iddiasını rədd edib.
Təşkilatın yaydığı bəyanatda bildirilir ki, OPCW "Qarabağa faktaraşdırıcı missiya və ya ekspert qrupu yollamaq niyyətində deyil".
Ermənistanın Xarici İşlər Nazirliyi yaratdığı "faktaraşdırıcı qrup"un hesabatına əsaslanaraq bəyanat yaymışdı ki, 44 günlük İkinci Qarabağ Müharibəsində "Azərbaycan tərəfi qadağan edilmiş kimyəvi silahlardan istifadə edib".
Bu bəyanatdan sonra Ermənistan XİN OPCW-ya müraciət edərək Qarabağa xüsusi, əlahiddə və geniş səlahiyyətli "faktaraşdırıcı missiya"nın göndərilməsini istəmişdi.
Sözügedən beynəlxalq qurum da rəsmi İrəvanın müraciətini araşdıraraq iddiaların absurd olduğu qənaətinə gəlib.
Xatırladaq ki, ötən ilin noyabrın 5-də Ermənistanın Müdafiə Nazirliyi videogörüntülər yayaraq Azərbaycan Ordusunu Laçın rayonunda erməni silahlılara qarşı "xüsusi fosforlu sursatlardan istifadə etmək"də suçlamışdı.

Həmin kadrlardakı görüntülər Laçında çəkilmişdi. Amma meşədəki yanğın "fosforlu sursatların tətbiqi" ilə bağlı deyildi. Erməni hərbçilər ordumuzun birliklərinin irəliləyişin qarşısını almaq üçün meşələrə od vurmuş, yanğın törətmişdilər.
Beynəlxalq Kimyəvi Silahların Yasaqlanması Təşkilatı (Organisation for the Prohibition of Chemical Weapons, OPCW) BMT-nin birbaşa dəstəyi ilə 1997-ci ildə yaradılıb. Təşkilat fəaliyyətində 1993-cü ildə Cenevrədə imzalanan və kimyəvi silahın tətbiqini yasaqlayan konvensiyaya əsaslanır.
Ermənistanın iddialarına gəldikdə isə, rəsmi İrəvanın "müraciət"inin rədd elməsi diplomatiyada "zəhərli qərar" adlanır.
Zəhərlədildiyini iddia edən və yalanı faş olan Ermənistan bu dəfə deyəsən, özünü zəhərlədi.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)





