Mobil telefon

Ən yaxşı smartfonların REYTİNQİ

14 Noyabr 2017 21:49
1 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gsmarena" saytında noyabrın birinci yarısı üzrə dünyada 10 ən populyar smartfonun reytinqi yerləşdirilib. Çin şirkətinin "Oppo F5" smartfonu bu reytinqdə birinci yeri tutub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, saytın məlumatına görə, reytinqin tərtibi zamanı mütəxəssislər bu və ya digər cihazla bağlı populyar axtarış sistemlərində sorğuların sayını əsas götürüblər. Statistikanın araşdırılması zamanı məlum olub ki, Çin şirkətinin "Oppo F5" smartfonu reytinqdə birinci yerdə qərarlaşıb. İkinci pillədə "iPhone X" smartfonu yerləşib. Kifayət qədər yaxşı ön kameraya malik "Xiomi Redmi Y1" smartfonu isə üçüncü olub.

"Samsung Galaxy J7" və "Xiaomi Mi A1" smartfonları ilk beşlikdə yer alıb. Hər iki qurğu əlçatan qiymətə və yaxşı keyfiyyətə malikdir. Sonrakı iki yeri "Samsung" şirkətinin "Galaxy Note" və "Galaxy S8" smartfonları tutub. Əfsanəvi "Motorola" şirkəti tərəfindən hazırlanmış "Moto X4" smartfonu reytinqin sonuncu pilləsində qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.