Mobil telefon

iPhone 8, iPhone 8 Plus və iPhone X təqdim olundu - FOTO - YENİLƏNİB

13 Sentyabr 2017 01:10
0 Şərh     Baxış: 8 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

01:10

Apple-in yubiley, 10-cu smartfon modeli olan iPhone X çərçivəsiz ekrana malikdir.

Milli.Az bildirir ki, smartfon 5,8 düymlük OLED displeyə malikdir.

Smartfonun işə salınması üçün Apple simanın tanınması texnologiyasını hazırlayıb. Face İD vasitəsilə ödənişlər etmək də mümkündür.

iPhone X-in əsas kamerasının hzər iki modulunda Samsung Galaxy Note8-də olduğu kimi optik stabilləşdirmə var. Əsas sensor f/1.8, ikinci və ikiqat zumlu isə f/2,4 aperturalıdır.

İkiqat frontal kamera "boke" stilli portret fotolar çəkə bilir.

64 və 256 qeqabayt yaddaşlı iki variantda olacaq iPhone X-in minimal satış qiyməti 999 dollardır.

Smartfon noyabrın 3-də satışa çıxarılacaq.

12.09.2017

22:32

Apple korporasiyası iPhone X smartfonunu təqdim edib.

Model virtual "Home" düyməsi və şaquli iki kamera ilə təchiz olunub.

iPhone 8 isə 64 Qb və 256 Qb yaddaşlı versiyalarda satılacaq. İlkin satış qiyməti 699 dollardır.

iPhone 8 Plus da 64 Qb və 256 Qb yaddaşlı versiyalarda olacaq. ABŞ-da ilkin satış qiyməti 799 dollardır.

iPhone 8 naqilsiz enerjidoldurma sistemi ilə təchiz olunub.

Yeni modellərin 12 meqapiksellik kameralarında yeni sensor, optik stabilləşdirici var.

22:12

ABŞ-ın Apple korporasiyası "Apple Park" mənzil-qərargahındakı "Steve Jobs Theater"da yeni məhsullarının təqdimat mərasimini keçirib.

Milli.Az bildirir ki, Apple-in baş direktoru Tim Kuk iPhone 8 və 8 Plus telefonlarını təqdim edib.

Bu modellər ötənilki iPhone 7-dən zahirən o qədər də fərqlənmirlər. Sadəcə, yeni modellərin arxa qapağı şüşədəndir.

Qacetlər qara, gümüşü və çəhrayı rəngdə satışa çıxarılacaqlar.

Yeni iPhone modelləri 6 nüvəli A11Bionic prosessoru ilə təchiz olunub və bu səbəbdən əvvəlki modeldən 70 faiz daha sürətlidir.

Smartfonların kameraları 12 meqapiksellikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.