MDB ölkələrində populyar olan "Odnoklassniki" sosial şəbəkəsi mobil "OK soobşeniya" adlı messenceri istifadəyə verməyə hazırlaşır.
Milli.Az Vesti-yə istinadən bildirir ki, pulsuz proqramın iOS və Android əməliyyat sistemləri üçün versiyaları var. Heç bir reklamın yer almayacağı "OK soobşeniya" istifadəçilərə mesajlar, fotoşəkillər, videolar, audioməlumatlar və GİF-lərlə mübadilə etməyə imkan verir. Messencerdə stikerlərin pulsuz göndərilməsi funksiyası da olacaq.
"OK soobşeniya"dan istifadə etmək üçün "Odnoklassniki" sosial şəbəkəsində qeydiyyatdan keçməyə ehtiyac olmayacaq.
Milli.Az