Mobil telefon

Snapchat-la bağlı rüsvayçı qalmaqal - FOTO

26 Sentyabr 2014 10:16
0 Şərh     Baxış: 2 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyada mobil telefonlar üçün ən populyar ani mesaj servislərindən olan Snapchat məhkəməyə verilib.
 

ABŞ-ın Corciya ştatının sakinləri, Sara Elizabet Törner bacıları bildirirlər ki, Snapchat rəhbərliyi onları aldadıb, etibarlarından sui-istifadə edib və sonucda onların nüfuzuna ağır zərbə dəyib. Bacılar dərin depressiyaya qapıldıqlarını da vurğulayırlar.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Sara və Elizabet Törnerlərin iddia ərizəsinə görə, Snapchat-ın banilərindən biri Erik Şpigel 2011-ci ildə onları fotosessiyaya çəkilməyə dəvət edib.
 

"Həmin vaxtlar Şpigelin "Picaboo" adlı internet layihəsi vardı. Bizə də fotoların universitetdəki layihə üçün çəkildiyini dedi. Anlaşma imzaladıq və Los-Ancelesdə bir neçə yerdə fotolar çəkdirdik. Amma sonra aldadıldığımızı başa düşdük. Sən demə, fotolarımızdan Snapchat-ın reklamı üçün istifadə olunur. Üstəlik, bacım Sara ilə çimərlikdə olarkən çəkilmiş fotolarımızı elə manipulyasiyalara məruz qoydular ki, baxanda sanki bacımı soyundurmaq istədiyim təəssüratı yaranır. Rüsvayçılıq, biabırçılıqdır", - Elizabet Törner deyib.
 

Sara isə deyir ki, indi Google-da onların fotoları "Snapchat fahişələri" (Snapchat sluts) axtarışı veriləndə ekranda görünür: "Sanki biz əxlaqsız qadınlar, küçə insanlarıyıq. Snapchat bizi təhqir eləməklə yanaşı, fotolarımız vasitəsilə özünü reklam edib və milyardlar qazanıb".
 

Snapchat ani mesencer proqramının dəyərinin indi 10 milyard dollara çatdığı vurğulanır.
 

Qərb ölkələrindən 14-18 yaş arasında olan gənclərin hər 3 nəfərindən birinin smartfonunda Snapchat var.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.