Rakuten internet şirkəti satınalma ilə bağlı niyyətini açıqlamayıb. Şirkətin direktoru Hirosi Mikitani deyib ki, Viberin əla stiker mağazası var və messencer oyun platforması rolunda böyük potensiala malikdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Viberdə təxminən 300 milyon istifadəçi qeydiyyatdan keçib. Xidmətin aylıq auditoriyası təxminən 100 milyon insan təşkil edir. Viber messenceri məlumat, səs və videozənglərlə mübadilə etməyə, 2013-cü ilin dekabrından isə stasionar və mobil telefonlara zəng etməyə icazə verir.
Messencer öz işinə 2010-cu ildə başlayıb. O, həm kompüter, həm də mobil qurğularda əlçatandır. İsrailli sahibkar Talmon Marko Viber Media şirkətinin banisidir. Şirkətin qərargahı Kiprdə, işləmə ofisləri isə İsrail və Belorusda yerləşir.
Milli.Az