Yaponlar Viber-i alacaqlar

15 Fevral 2014 22:13
Yaponiyanın Rakuten internet şirkəti 900 milyon dollara Viber messencerini hazırlamış Viber Media şirkətini alacaq. Bu haqda Rakuten saytında dərc edilmiş press-relizdə deyilib.

Rakuten internet şirkəti satınalma ilə bağlı niyyətini açıqlamayıb. Şirkətin direktoru Hirosi Mikitani deyib ki, Viberin əla stiker mağazası var və messencer oyun platforması rolunda böyük potensiala malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Viberdə təxminən 300 milyon istifadəçi qeydiyyatdan keçib. Xidmətin aylıq auditoriyası təxminən 100 milyon insan təşkil edir. Viber messenceri məlumat, səs və videozənglərlə mübadilə etməyə, 2013-cü ilin dekabrından isə stasionar və mobil telefonlara zəng etməyə icazə verir.

Messencer öz işinə 2010-cu ildə başlayıb. O, həm kompüter, həm də mobil qurğularda əlçatandır. İsrailli sahibkar Talmon Marko Viber Media şirkətinin banisidir. Şirkətin qərargahı Kiprdə, işləmə ofisləri isə İsrail və Belorusda yerləşir.

Milli.Az