Milli.Az ICTnews-a istinadən bildirir ki, sənəddə müəyyən dövr üçün istifadəçinin hərəkətlərini təhlil edəcək təklif edilən sistemin ümumi xüsusiyyətləri təsvir edilib. Sosial şəbəkələrdəki mesajların tonu, izlənmiş videoçarxların xarakteri, baxılan və icra edilən tətbiqlər təhlil ediləcək və diqqətə alınacaq.
Sistem əsas əhval-ruhiyyə profilini yaradacaq və o, gələcəkdə ilkin profildən sapmaları müəyyənləşdirmək üçün daim istifadəçinin cari hərəkətləri ilə müqayisə ediləcək. Nəhayət, qurğular elan verənlərə informasiyanı aşağıdakı formada göndərə biləcək: Cinsi - kişi, yaşı - 20-25, yeri - Nyu-York, əhval-ruhiyyə - xoşbəxt.
Milli.Az