Evdə sərinləşdirici içki belə hazırlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsti yay-günlərində hər birimizin qida rasionunun əsasını sərinləşdirici içkilər təşkil edir. Buna görə də, mağazalardan aldığımız qidalar arasında da elə sərinləşdirici içkilər çoxluq təşkil edir. Amma onu da deyək ki, xeyli pul xərcləyib aldığımız və tərkibi haqqında demək olar ki, məlumatımız olmayan bu içkilərdən daha faydalısını evdə hazırlaya bilərik. Necə?
Milli.Az Lent.az-a istinadən bildirir ki, bunu qida texnoloqu Ağa Salamov izah etdi. Ağa bəy deyir ki, insanların mağazalardan aldığı enerji içkiləri, rəngli və qazlı suların orqanizm üçün heç bir faydası yoxdur:

" Yəni bu içkilərin heç bir qida dəyəri yoxdur. Boş karbohidrat olduğuna görə, insan bədəninə heç bir vitamin və minerallar ötürə bilmir. Gedib mağazalardan aldıqları həmin içkilərin tərkibinə müxtəlif qatqılar əlavə olunur ki, vitrin ömrü uzansın. Bütün bunlar da tədricən insan orqanizminə təhlükə ola bilər. Buna görə də, yaxşı olardı ki, sərin içkiləri evdə hazırlayıb qəbul etsinlər".
Ağa bəy bizə dadlı və bol vitaminli sərinləşdirici içkinin hazırlama qaydasını izah etdi.Belə ki, qarışıq vitamin tərkibli sərinləşdirici içkinin tərkibinə bunları əlavə etmək lazımdır:
"Qaysı 500 qr
Gavalı 300 qr
Alma 200 qr
Çiyələk 100 qr
Kök 100 qr
Bal zövqə görə
Su
Hazırlanma qaydası
Bütün meyvələr yuyulub emal olunur ( doğranır) kök və alma qabığı soyularaq doğranır. Bir qazana qoyub üzərinə çıxacaq qədər su əlavə edirik. Qoyuruq qaynamağa . Bütün məhsullar yumuşalanadək qaynadırıq ( kök gec bişdiyinə görə sürtgəcdən keçirilir) . Hazır olan məhsullar süzgəcdən keçirilir və əldə etdiyiniz meyvə suyunu vam odda yenidən qaynadıb bal əlavə edirik.Bal tam həll olandan sonra isə şirəmizi kənara çəkib, bir şüşə qaba əlavə edib soyumağa buraxırıq. Soyumuş şirəni soyuducuya alıb sərinləşdirərək içmək lazımdır.
Budur bol vitaminli yay içkiniz hazırdır.
Nuş olsun!"

Ağa bəy deyir ki, bu hazırladığımız içkini uşaqlara vermək olmaz. Çünki:
"Ümumiyyətlə meyvə şirələrini uşaqlara vermək olmaz. Ona görə ki, bu şirələr liflərdən azad olur və PH dərəcəsi aşağı olduğuna görə qida intoleransı, yəni qida dözümsüzlüyü yaranır. Bu da həzm sisteminin pozulımasına səbəb olur. Yaxşı olar ki, uşaqlara şirə verərkən pediatrlarla məsləhətləşəsiniz".
Sonda isə onu qeyd edək ki, evdə hazırlanan hər bir məhsul bizim üçün daha faydalıdır. Çünki onun tərkibinə qatılan məhsullar haqqında məlumatımız olur. Amma siz yenə də, mütəxəssislərdən tövsiyyə almağı unutmayın.

Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama





