5 dəqiqəyə hazırlayıb yeyə biləcəyiniz enerji deposu 4 resept - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhər yuxudan oyanarkən özünüzü enerjisiz və yorğun hiss edirsinizsə, orqanizminizə güc bəxş edəcək qidalara ehtiyacınız var deməkdir. Xüsusilə, qış aylarında gücsüzlük, yorğunluq, yuxusuzluq hissi sizi daha çox əldən sala bilər. Məhz bu nöqtədə günə enerjili başlamanızı və gün boyu pozitivliyinizi qorumağınızı təmin edəcək səhər yeməyi yada düşür.
Milli.Az tez şəkildə hazırlaya biləcəyiniz enerjili 4 təbii səhər yeməyi menyusunu təqdim edir.
Smuti kasası
Məhsullar:
- 5 xörək qaşığı süzmə qatıq
- 10-12 ədəd qarağat
- 6 ədəd çiyələk
- 1 çay qaşığı bal
- 1 xörək qaşığı çia toxumu
Üzərinə:
- 15 ədəd moruq
- 1 ədəd kiçik banan
-1 çay qaşığı çia toxumu
- 5-6 ədəd çiy badam
Hazırlanması:
- Süzmə qatığı blenderdən keçirin. Çiyələyi üzərinə əlavə edin. Daha sonra qarağat, bal və çia toxumunu qarışdırın. Qarışığı bir kasaya tökün. Bananı dilimləyin və kasanın üzərini digər məhsullarla bəzəyin.
Taxılsız maffin
Məhsullar:
- 4 ədəd yumurta
- 1/4 stəkan kokos yağı (soyuq sıxma)
- 1/4 stəkan bal
- 1/4 stəkan tam yağlı süd
- 1/2 stəkan kokos unu (arzuya görə, badam unu da olar)
- 1/2 su stəkanı çiy fındıq
- 1 ədəd banan
- 1 çay qaşığı vanil
- 1/4 çay qaşığı darçın
Hazırlanması:
- Sobanı 180 dərəcədə isidin.
- Bal və kokos yağını qazda əridin. Soyumağa qoyun.
- Yumurtaları hazırlanma qabına qırın. Çəngəllə əzdiyiniz bananı üzərinə əlavə edin. Ballı yağ qarışı, süd və vanili qarışdırın.
- Kokos ununu töküb yaxşıca qarışdırın. Fındıqları xırdalayıb içərisinə əlavə edin. Əldə etdiyiniz xəmiri yağlı kağız yerləşdirdiyiniz maffin qablarına bölün.
- 20-25 dəqiqə bişirin. İlıq şəkildə servis edin.
Yumurtasız avokado tost
Məhsullar:
- 2 dilim tam buğdalı tost çörəyi
- 1 ədəd avokado
- Qoz
- Darçın
- Bal
- Pendir
Hazırlanması:
- Çörəkləri qızardın. Avokadonu soyun və püre şəklinə gələnə qədər əzin.
- Ayrı bir qabda qoz, darçın, bal və pendiri qarışdırın.
- Püre halındakı avokadonu bu qarışımın üzərinə əlavə edin.
- Qızaran çörəklərin üzərinə çəkin.
İspanaqlı pankek
Məhsullar:
- 2 ədəd yumurta
- 2 stəkan qatıq
- 200 qram ispanaq
- 1/2 çay qaşığı duz
- 2 stəkan un
- 1 çay qaşığı qabartma tozu
- 1/2 çay qaşığı soda
- 2 damla limon suyu
- 4 xörək qaşığı lor pendiri
Hazırlanması:
- Bol suda yuyub qurutduqdan sonra ispanaq yarpaqlarını incə doğrayın.
- Yumurtanı qarışdırma qabına çırpın. Xəmirin qabarmaması üçün xəfif sulu olarkən qatıq və duzu yumurtanın üzərinə əlavə edin.
- Ələnmiş un, qabartma tozu, limon suyuyla köpdürülmüş sodanı qarışdırıb keks qarışığı əldə edənə qədər qarışdırın. Doğranmış ispanaqları əlavə edin. Xəmiri bir az gözlədin.
- Kənarları hündür olmayan tavanı isidib günəbaxan yağı tökün. Yağın artıq qismini salfet ilə götürün. Arada bu cür yağlanma formasını tez-tez təkrar edin ki, pankeklər yanmasın. Qaşıq vasitəsilə xəmirdən götürüb ikitərəfli qızardın. Qızararkən lor pendirini üzərinə əlavə edin.
- Hazırladığınız ispanaqlı pankekləri ilıq formada sevdiklərinizlə paylaşın. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
XƏBƏR LENTİ
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)





