Mətbəxin incisi, balıq sırdağı - Videoresept
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Talış mətbəxinin ən tanınmış yeməklərindən biri balıq sırdağıdır.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu yeməyin hazırlanma qaydası olduqca asandır, amma dadı uzun müddət damaqlarda qalır. Lənkəran rayonu Şiləvar kənd sakini İlhamə Əhədova bunu necə etməli olduğumuzu nümayiş etdirib.
Bildiyimiz kimi, talış mətbəxində balıq və göyərtidən çox istifadə olunur. Nəticədə isə həm dadlı, həm də cana xeyirli yeməklər alınır. Bu yeməyin hazırlanmasında isə həm çəki, həm də sazan balığından istifadə etmək olar.
Lazım olan ərzaqlar:
Adam sayına görə sazan və ya çəki balığı
Yeməyin miqdarına görə pomidor
3-4 dəstə cəfəri və şüyüd
10 diş sarımsaq
300-400 qram kərə yağı
İlk öncə balıq doğranılır, zövqə görə duz, istiot əlavə edilir və dad götürməsi üçün 15 dəqiqə saxlanılır. Bu vaxt ərzində cəfəri və şüyüd ət maşınından keçirilir. Çəkilən göyərti və balıq ayrı-ayrı tavalarda qızardılır. Daha sonra balıq göyərtinin üzərinə yığılır. 2 dəstə cəfəri xırda-xırda, pomidor isə halqavarı şəkildə doğranılır və balığın üzərinə yığılır. Ərzaqları 2 qat bu cür yığdıqdan sonra sarımsaq sıxılır, zövqə uyğun duz və istiot əlavə olunur. Ən sonda isə bir stəkan su əlavə edilir və bişməsi üçün ocaq üzərinə qoyulur. 25 dəqiqədən sonra yeməyimiz hazırdır. Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





