Milli.Az Lent.az-a istinadən maraqlı resepti təqdim edir.
Bu dəfə sizi sosial şəbəkədə "Leziz TV" adı ilə məşhur olan səhifəyə istinadla göyəm mürəbbəsinin resepti ilə tanış edəcəyik.
Tərkibi:
1 kq göyəm, 1 kq şəkər tozu, 1 stəkan su
Hazırlanma qaydası:
Göyəmləri yuyuruq, sonra süzgəcə qoyub qurumasını gözləyirik. Ləyənə şəkər tozunu, suyu əlavə edib şirə hazırlayırıq. Şirə hazır olana qədər çəngəl ilə göyəmləri deşdəkləyirik. Şirə hazır olduqda kənara qoyuruq soyusun. Sonra göyəmləri şirəyə əlavə edib 5-6 saat kənarda saxlayırıq. Daha sonra göyəmi qoyuruq ocağa, 5 dəqiqə qaynadıqdan sonra üzərinə yığılmış köpükləri götürüb yenidən 5-6 saat kənarda soyuduruq. Təkrar ocağa qoyub bişiririk. Mürəbbə hazır olduqdan sonra bankalara yığıb sərin yerdə saxlayırıq.
Milli.Az