Kulinariya

Qışa qarğıdalı konservi bağla - RESEPT

5 Avqust 2019 23:34
0 Şərh     Baxış: 6 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qışda qarğıdalı konservi bir çox yeməklər və salatlarda lazım olur. Bir kiçik banka qarğıdalı da ucuz olmur. İndi təzə qarğıdalı bol olan vaxtda siz özünüz konservini hazırlaya bilərsiz.

Milli.Az medicina.az-a istinadən asan qarğıdalı bağlama reseptini təqdim edir. 

1 litr su
30 qr duz
Şəkər tozu 2 x.q
yayım çay qaşığı limon turşusu

20 ədəd qarğıdalı təmizlənib, 2 bölünüb, bir qədər duzlanmış suda yarı hazır olana kimi bişirilir. Dənələr çox həll olmamalıdır.

Hazır qarğıdalını soyuq su olan qaba yığıb soyudun və sonra dənələri ayırın. Bankaya qaralmış, çürük dənə düşməməlidir.

İndi marinad hazırlanır. 1 litr suya duz, şəkər və limon turşusu əlavə edib qarışdırın, qabda odun üzərinə qoyub 1-2 burum qaynadın.

Sterilizə olunmuş bankalara qarğıdalı dənələrini yığıb, üzərinə hazır marinade üstünə çıxana kimi tökün. Qazanda suda 20 dəqiqə qaynara qoyub, ağzını bağlayın. 

Hazır bankaları çevirib soyumağa qoyun.

Tam soyuduqdan sonra günəş işığı düşməyən sərin yerə yığın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.