Kulinariya

Türk üsulu pomidor-yumurta necə hazırlanır? - MENEMEN RESEPTİ

26 Aprel 2019 07:00
10 Şərh     Baxış: 10 619

Türk üsulu pomidor-yumurta hazırlamağın qaydasını bilirsiniz? 

Milli.Az medicina.az-a istinadən menemen necə hazırlandığı barədə materialı təqdim edir. 

Tərkibi

3 ədəd pomidor

1 ədəd soğan 

2 diş sarımsaq 

1 çay qaşığı bibər tomatı

Duz

İstiot

Qırmızı bibər

Adi cirə

4 ədəd yumurta 

Hazırlanma qaydası

Pomidorları kvadrat şəklində doğrayıb, bir kənara qoyun. Tavaya maye yağ əlavə edib, soğanı qovurun. Qovrulan soğanın üstünə bibər pastasını və pomidorları əlavə edin. 5-10 dəqiqə bişəndən sonra qarışığın içinə istiot, qırmızı bibər və adi cirəni əlavə edin. Son olaraq sarımsağı və yaxşıca qarışdırılmış yumurtanı əlavə edin. Üzərinə duz atın. 

Süfrəyə təqdim etdikdə, zövqünüzə görə nana və yaxud reyhan da əlavə edə bilərsiniz.

Nuş olsun!

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Roya · 26 Aprel 08:5140

    Tomatı çıxmaq şerti ile bizde de var bu üsulda hazırlama.

    Cavab yaz
  • Anonim
    Melek b · 26 Aprel 09:1930

    Hamiya salamlar.men bilen onlar pamidoru suzcecden kecirirler.

    Cavab yaz
  • Anonim
    asi · 26 Aprel 10:3830

    Türk üsulu, rus üsulu bilmirəm, bizdə bunun adına pomidor çığırtması deyirlər).Bircə tomatı artıqdı, o da ki türklərdə çox yeməyə tomat əlavə olunur).. Bu arada uzun müddətdən sonra mətbəxi yenilədiz, sağ olun..Siz mətbəxi bağladız deyə mən özümə instaqramda mətbəx səhifəsi açdım)).

    Cavab yaz
  • Anonim
    009 · 26 Aprel 10:5059

    Turkun ne yemeyi var ki yemeyleri de ozleri kimi menasizdir

    Cavab yaz
  • Anonim
    Papatya · 26 Aprel 10:5110

    Biberli sevmirem men nese. Sade bişirirem.

    Cavab yaz
    • Anonim
      melek b · 26 Aprel 13:5610

      Papatya sen bisir biberleri men yeyerem |(***)

      Cavab yaz
      • Anonim
        Papatya · 26 Aprel 14:4000

        Can ay melek. Sen xoşlayirsansa, baş uste. Pomidor yumurtada yox. men biberi qizardanda sevirem. Yayda, duvovkaya, eti kotlet yox, biraz turklerin koftesi kimi edib duzursen, kartofla beraber, et, kartof, et kartof bele duzulusle. Biberleri de uzununa dograyib duzursen, biraz da pomidor, iri dogranmiş. Yagin falan tokub qoyursan bişmeye. Cizza bizla bişirler) Bisene yaxin cixarib ustune holland pendiri rendeliyib, bir 5-6deq de yene bismeye qoyursan ki, pendir de erisin onlarin ustune. cox lezzetli olar. Biberler kozlenende, qizaranda, xosum gelir. Badimcan qizardanda mutleq qizardiram biber de. Acilisindan da)

        Cavab yaz
        • Anonim
          Papatya · 26 Aprel 14:4621

          Cox lezzetli olar yazmişam. Yəni olur)

          Cavab yaz
        • Anonim
          melek b · 26 Aprel 15:0520

          can cox saq ol,mene badimcan deme|)))3 bacida men ,ve demek olar butun aile tek baci biber dolmasini yeyirik|)))

          Cavab yaz
  • Anonim
    Narcis · 27 Aprel 00:2900

    Reseptde eksik var.onlar mutleq sivribiber tokurler menemene

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.