Kulinariya

Portağallı keks belə hazırlanır - RESEPT

19 Yanvar 2018 07:00
12 Şərh     Baxış: 26 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çay saatlarını dadlı şirniyyatla bəzəmək hamımızın ürəyincə olar. Milli.Az ailem.az-a istinadən bu dəfə sizə portağallı keks reseptini təqdim edir.

Lazım olanlar:

3 ədəd yumurta

1 stəkan yarım şəkər tozu
1 ədəd portağal (suyunu və rəndələnmiş qabığını istifadə edəcəyik)
1 stəkan duru yağ
Yarım stəkan süd
1 stəkan yarım un
1 paket vanil 
1 paket qabartma tozu

1 çay qaşığı darçın (zövqə görə)

Hazırlanma qaydası:

3 yumurtanı geniş bir qaba qırın. Üzərinə şəkər tozunu töküb köpənə qədər çalın. Portağalı əvvəlcə sıxın, ardından qabıqlarını rəndələyin. Un, vanil və qabartma tozundan başqa bütün ərzaqları əlavə edib qarışdırın. Ardına unu, vanili, qabartma tozunu birlikdə əlavə edib, qarışdırmağa davam edin. Həmçinin istəsəniz, darçını qarışıma əlavə edin. Portağallı keksinizin çiy qalmaması üçün nə çox duru, nə də çox qatı olmayan bir xəmir hazırlayın. Əldə etdiyiniz qarışımı yağlayıb unladığınız keks qəlibinə boşaldın.

Portağallı keksinizi sobaya qoymazdan öncə sobanızı 150 dərəcədə əvvəlcədən isitməlisiniz. 

Təxminən 40 dəqiqədən sonra bişib bişmədiyinə yaxşıca əmin olmaq üçün keksi kibrit çöpü ilə yoxlayın. Əgər çöpdə xəmir qalmasa, deməli, keksiniz hazırdır. İstəsəniz, portağallı keks dilimlərinizin üzərinə pudra şəkəri səpərək də servis edə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.