Kulinariya

Balqabaqdan fərqli şirniyyat hazırlayın - RESEPT

22 Dekabr 2017 07:00
20 Şərh     Baxış: 8 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adətən balqabaqdan xörəklər hazırlayırıq, amma ondan hazırlanan şirniyyat da çox gözəl olur. Milli.Az ailem.az-a istinadən balqabaqlı şirniyyatın reseptini verir.

Ərzaqlar:
 
600 qr balqabaq
3 stəkan şəkər tozu
1 stəkan su
1 stəkan çəkilmiş qoz və ya qaymaq
3-4 ədəd mixək
2-3 damcı limon suyu
 
Hazırlanması:
 
Balqabağın çəyirdəyini çıxarıb, qabığını soyaraq, iki barmaq qalınlığında dilimləyin və yuyun. Həmin dilimləri qazana yerləşdirin. Üzərinə şəkər tozu və mixək səpin. Qazanın ağzını bağlayıb bir saat saxlayın. Balqabaqlar növünə görə suyunu buraxmaya bilər, buna görə su əlavə edərək orta temperaturda 45-50 dəqiqə bişirin. Suyunu tamamən çəkən balqabaqları ilıqlaşdıqdan sonra diqqətli bir şəkildə servis boşqablarına qoyun. Üzərinə qoz və ya qaymaq qoyaraq servis edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.