Kulinariya

Tort üçün ideal biskvit

18 Avqust 2015 07:00
1 Şərh     Baxış: 84 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az tort üçün ideal biskvitin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

5 yumurta
1 st. şəkər tozu
1 st. un 
vanil

Sobanı 170 dərəcə qızdırın. 
Yumurtaya şəkər tozu və vanil qatıb mikserin maksimum sürətində 5-10 dəqiqə (daha çox da ola bilər, mikserdən asılıdır) çalın. Kütlə 3-4 dəfə böyüyür, qatı və ağ olur.
Unu ələyin, qaşıqla yumurtalı kütləni aşağıdan yuxarı qaldırmaqla unu daxil edin. 
Formanın dibinə perqament döşəyin, həm kağıza, həm divarlarına yağ çəkin.  Un səpin. Xəmiri tökün (formanın yarısından azacıq çox). Üzərinə mütləq folqa çəkin (folqanın xəmirə baxan hissəsinə mütləq yağ vurun). 
Qızdırılmış sobaya qoyun. 

170 dərəcədə 25-30 dəqiqə bişirin, sonra 150 dərəcəyədək azaldıb 25-30 dəqiqə bişirin. Yəni ümumi vaxt 50-60 dəqiqəyə bərabər olacaq. Əsas odur ki, bu müddətdə sobanın ağzını açmayasınız. 

Folqanı çıxarın. Biskvitin hündürlüyü 6 sm alınmalıdır. Biskviti ən azı 6-8 saat dinləndirin. Sonra isə ondan tort hazırlaya bilərsiniz. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.