Milli.Az yumurta və qozdan paştetin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
5 yumurta
100 q qoz
3 baş soğan
20-40 yumşaq kərə yağı
duz
istiot
300 q ağ göbələk (göbələksiz də olar)
Yumurtaları suda bişirin.
Soğanı xırda doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun.
Ağ göbələyi yağda qızardın.
Yumurta, qoz, göbələk, soğan, duz-istiot və yağı blenderdən keçirin.
Soyuducuda 30 dəqiqə saxlayın.
Nuş olsun!
Milli.Az