Ətsiz paştet

29 İyul 2015 07:00

Milli.Az yumurta və qozdan paştetin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

5 yumurta

100 q qoz

3 baş soğan 

20-40 yumşaq kərə yağı

duz

istiot

300 q ağ göbələk (göbələksiz də olar)

Yumurtaları suda bişirin. 

Soğanı xırda doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun. 

Ağ göbələyi yağda qızardın. 

Yumurta, qoz, göbələk, soğan, duz-istiot və yağı blenderdən keçirin. 

Soyuducuda 30 dəqiqə saxlayın. 

Nuş olsun! 

Milli.Az