Milli.Az "Sofra" dərgisinə istinadən tənək yarpağında skumbriya balığından dolmanın hazırlanma qaydasını təqdim edir
Tərkibi:
tənək yarpağı
6 skumbriya
1 soğan
4 göbələk
1 iri pomidor
6 dəfnə yarpağı
2 cəfəri budağı
2 diş sarımsaq
1 ç.q. kərə yağı
0.5 armudu st. zeytun yağı
duz
istiot
balıq bulyonu üçün:
skumbriyanın sümükləri
2 yerkökü
1 soğan
2 dəfnə yarpağı
2 dilim limon
5-6 cəfəri budağı
8 st. su
1 st. ağ şərab
tomatlı sous:
1 st. ağ şərab
0.5 armudu st. zeytun yağı
5 su st. balıq bulyonu
1 ç.q. un
1 ç.q. kərə yağı
1 x.q. qaymaq
1 pomidor
Skumbriyaların filesini ayırıb yaxşıca yuyun. Bulyon üçün sümükləri bir qazana yığın, iri doğranmış yerkökü, soğan, dəfnə yarpağı, limon, cəfəri, su və 1 st. ağ şərabı əlavə edin. Orta itilikli odda 1 saat qaynadıb süzün.
Başqa qazanda 0.5 armudu st. zeytun yağı və 1 ç.q. kərə yağını qızdırın, un əlavə edib saralanadək qovurun. 1 st. ağ şərab və balıq bulyonunu əlavə edin. Qaynadıb süzün, qaymaqla qarışdırın.
Pomidoru soyun, dənələrini çıxarın, kubik doğrayıb "ölənədək" tavada bişirin, sousa əlavə edin. Duz, istiotunu vurub bir kənara qoyun.
Balıq filesini duzlayıb-istiotlayın, yapışmayan tavada yağsız yüngül qızardın.
Soğanla göbələyi halqa, pomidoru kubik, sarımsağı xırda doğrayın. Dəfnə yarpaqlarını isladın.
Yapışmayan tavaya kərə və zeytun yağını töküb qızdırın. Sarımsaq və soğanları qovurun, Göbələk və dəfnə yarpaqlarını əlavə edib qarışdırın. Cəfərini doğramadan əlavə edin, duz vurun.
Tavanı ocaqdan götürün.
Tənək yarpaqlarını yanaşı sərin (saplaqlarını kəsin). Yarıbişmiş skumbriyaları üzərinə qoyun, qovrulmuş tərəvəzdən üstünə yerləşdirin. Yarpaqların kənarlarını qatlayaraq balıqları bükün. Açılmaması üçün kənarlarını diş çöpü ilə bərkidə bilərsiniz. Yapışmayan tavaya az miqdarda yağ tökün. Balıqların hər iki üzünü vam odda qızardın.
Boşqaba tomat sousu yayın, balıqları üzərinə qoyub süfrəyə verin.
Nuş olsun!
Milli.Az
Kulinariya
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Mətbəx sirləri: Balıq dolması
25 Fevral 2015 07:00
1 Şərh
Baxış: 4 196

DİGƏR XƏBƏRLƏR
-
Krispi albalı piroqu - McDonald's-dakı kimi: Əfsanəvi desertin resepti
-
Evdə hazırlanacaq dadlı şirniyyat – çay süfrələrinin vazkeçilməzi olacaq
-
Şokoladlı keks - Qoxusu ilə evinizi bürüyəcək dadlı ləzzət
-
Ananaslı tort - dadı ilə hər qonağı heyrətləndirəcək fərqli şirniyyat - FOTO
-
Həm doyumludur, həm də asan hazırlanır - Sərfəli və ləzzətli
-
Bibər dolması belə hazırlanır! Pomidor salçasına ehtiyac yoxdur, fərq zeytun yağındadır
XƏBƏR LENTİ
-
Zelenski Rusiyaya ərazi güzəşti ideyasını rədd etdi
-
İki qızı da tələbə oldu
-
Gəncədə işıq dirəyi aşdı - yeniyetməni elektrik cərəyanı vurdu - FOTO
-
Milli komandamızın kapitanı Türkiyə klubunda - RƏSMİ
-
Ayaqda yaranan qəfil ağrı ciddi xəstəliyin xəbərçisi ola bilər
-
Ronaldo vurduğu qolla dünya futbol tarixinə düşdü
-
Evinizdəki ən böyük düşməniniz: Böyrəklərinizi dializə aparır
-
Bakıda kişi quyuya düşüb xəsarət aldı - FOTO
-
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
-
Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzdu
-
Bu 3 telefon sizdə varsa, sərvət qazanacaqsınız
-
Sürücülərin ən çox etdiyi səhv - Cərimələnə BİLƏRSİNİZ
-
Aygün Bəylərin bacıları arasında küsülülük! - "Məni şərlədilər"
-
Vanqanın proqnozu: bu BÜRCLƏR tezliklə çox zəngin yaşayacaq
-
Qardaşlıqdan enerji və ticarətə: Üç dövlətin gələcəyə baxışı
-
Gəncədə AĞIR QƏZA: Sürücü hadisə yerini tərk etdi - VİDEO
-
Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”
-
İstefa verməsə, qovacağam! - Tramp
-
700 bal toplayanlar bu universiteti seçdilər
-
Erməni bloqer Rusiyada saxlanıldı
-
Lerikdə torpaq sürüşməsi oldu
-
Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq
-
Bu məşhurların ailəsində tələbə sevinci var - FOTO
-
"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?