Kulinariya

Mətbəx sirləri: "Keçinin arzusu" - FOTO

27 Dekabr 2014 07:00
8 Şərh     Baxış: 4 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az edimdoma.ru-ya istinadən kələm görünüşlü salatın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 toyuğun döş əti
100 q düyü
2 x.q. göy noxud
50 q pendir
duzlu xiyar - zövqə görə
5 x.q. mayonez (orijinalda - zeytunlu, sevməyənlər üçün adi mayonez)
kahı
3 yumurta
0,5 x.q. un
1 x.q. su
0,5 baş soğan
1 x.q. bitki yağı



Kahı yarpaqlarını yuyub suyunun çəkilməsini gözləyin. Ən enliləri seçin.



Bunları buludun içinə döşəyin.



Bişmiş yumurta əvəzinə omletdən istifadə edəcəyik. Bunun üçün yumurtaları, unu, suyu və 1 çimdik duzu çalın.



İki omlet bişirin: biri qalın, biri nazik.



Çox qızartmayın.



Qalın omleti çəngəllə xırdalayın.



Nazik omleti isə buluddakı kahı yarpaqlarının üstünə qoyun.



Düyünü duzlu suda bişirib süzün, omletin üstünə təpələmə yığın.



Üzərinə mayonez çəkin.



Toyuq ətini bişirib didin, düyünün üzərindən döşəyin (qrildə bişmiş toyuq əti də dadlı olur).



Soğanı çox xırda doğrayıb toyuq ətinin üstündən səpin. 



Xırdalanmış omleti düzün.



Bir az mayonez çəkib göy noxudu səpin.



Duzlu xiyarı doğrayıb düzün.



Sonuncu lay - sürtgəcdən keçirilmiş pendir olacaq.



Kahı yarpaqlarını mətbəx qayçısı ilə doğrayın.



Salatın üzərinə döşəyin.



Kələm forması verməyə çalışın.



Süfrəyə verməyə yarayar. Bu "kələm"in içində hansı salatın olduğu qonaqlara maraqlı olacaq.



Üzərini başqa cür bəzəmək də olar (ovçu sosislərini çəpəki kəsin, bir-birinə çəkmə formasında bitişdirərək diş çöpünə keçirin, üst hissəsinə mayonezdən "xəz" çəkin).



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.