Kulinariya

Mətbəx sirləri: Almalı-armudlu limonad - FOTO

30 İyul 2014 07:00
5 Şərh     Baxış: 3 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az vpuzo.ru-ya istinadən almalı-armudlu limonadın hazırlanma qaydasını təqdim edir

Tərkibi:


20 q limon
20 q alma
20 q armud
10 q moruq
3 q nanə
2 x.q.  şəkər tozu
600 ml su

Limonu yuyub qabığını soyun.



Limon qabığının üzərinə su töküb ocağın üstə qoyun, şəkər tozu səpib qarışdıra-qarışdıra şəkər tozu əriyənədək bişirin.  Ocaqdan götürün.  Qapağını örtüb 30 dəqiqə dəmləyin, soyudun. Süzün.



Almanı yuyub dilimləyin. Fiqurlar da kəsə bilərsiniz. Armudu da eyni qaydada hazırlayın.



Moruğun saplaqlarını təmizləyin. Nanəni yuyub qurudun.



Stəkanlara alma, armud dilimləri, moruq qoyun, üzərinə limonad tökün. Buz parçaları da əlavə edə bilərsiniz.  Nanə ilə bəzəyin.

Limonad alma və armudun dadını verəcək.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.