Kulinariya

Mətbəx sirləri: "Mişlen"

13 Oktyabr 2013 07:00
21 Şərh     Baxış: 5 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az eda.ru-ya istinadən "Mişlen" blinçiklərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500 q toyuq filesi
2 baş soğan
3 yumurta
300 ml süd
150 q un
şəkər tozu (zövqə görə)
1 ç.q. duz
2 x.q. bitki yağı
1 x.q. kərə yağı


Toyuğun üstünə soyuq su töküb iti ocağın üstünə qoyun. Qaynara düşən kimi ocağı azaldın, 10 dəqiqə bişirin. Hazır olub-olmadığını yoxlamaq üçün bıçaqla kəsin - ortasında qan izi olmamalıdır.

Soğanı xırda doğrayıb qızılı rəng alanadək qovurun. Toyuq əti və soğanı ət maşınından keçirin. Zövqünüzə görə duz vurub soyuducuya qoyun.

Xəmir: unun içinə yumurta çalın, eynicinsli kütlə alınanadək qarışdırın. Tədricən süd əlavə edin, bu zaman xəmiri qarışdırmağı dayandırmayın. Qatı xama kimi olmalıdır.

İri tavada napnazik blinlər bişirin, gözləyin, yanmasın. Tam soyudun.

Hər blini ölçüsünə görə 4 və ya 6 yerə bölün. Hər bir hissənin ortasına bir xörək qaşığı iç qoyub səliqə ilə bükün.

Hazır blinçik borucuqlarını kərə yağında qızılı rəng alanadək bişirin. Boşqablara qoyun. Süfrəyə xama ilə verin.

Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.