Tərkibi:
3 kartof
400 q toyuq əti
150 q qoz
100 q bərk pendir
3 yumurta
4 marinə edilmiş xiyar
1 baş soğan
göy soğan - istəyə görə
mayonez - istəyə görə
qara istiot - istəyə görə
duz - istəyə görə
Kartofu yuyun, suda bişirin, soyudun, qabığını təmizləyib sürtgəcin xırda gözündən keçirin. Yumurtaları qaynadıb soyudun, qabığını təmizləyib sürtgəcin iri gözündən keçirin.
Toyuq ətini yuyub qaynadın, soyudub doğrayın.
Pendiri sürtgəcin iri gözündən keçirin. Marinə edilmiş xiyarları yuyub xırda kubik doğrayın.
Soğanı təmizləyib yuyun, xırda doğrayın.
Ərzaqları lay-lay oval formalı buluda düzün. Hər layı istəyə görə duzlayıb-istiotlayın, mayonez çəkin:
1-ci lay: bişmiş kartof
2-ci lay: soğan
3-cü lay: toyuq əti
4-cü lay: marinə edilmiş xiyar
5-ci lay: toyuq əti
6-cı lay: pendir
7-ci lay: yumurta
Qoz ləpələrini yarı bölün, salatın üstünə bolluca mayonez çəkin, qozla bəzəyin. Bir neçə göy soğanı salatın yuxarı hissəsinə yerləşdirin (ananasın yarpaqları kimi).
Nuş olsun!
Milli.Az
Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mətbəx sirləri: "Ananas" salatı
12 Avqust 2012 07:00
0 Şərh
Baxış: 8 367

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu bitkini dəmləyib için, gecə xoruldamayacaqsınız
-
İki tərəvəzdən ibarət bu salat ömrü uzadır
-
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkarlandı
-
"Sərt cəza" əməliyyatı: 15 yaralı var - YENİLƏNİR - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələlərində təmkinli olun
-
Təl-Əvivdə əhali metroya sığındı - FOTO
-
Qaraciyəri təmizləyən 4 qida
-
Xameneidən ordu ilə bağlı təcili fərman
-
Əlini "ağdan qaraya" vurmurlar, pul "havadan" gəlir - Şanslı bürclər
-
Yeni COVID-19 ştammı sürətlə yayılır
-
Mümkün müharibədə kim qələbə qazanar? - İran və İsrailin hərbi gücü - FOTOlar
-
Xamenei xalqa müraciət etdi
-
Radiasiyanı yoxlamaq üçün mütəxəssislərimiz Astaraya yollandı
-
Millət vəkilindən şok açıqlama: "İranı vuran İsrail deyil"
-
Şəmkirdə gənc qızla oğlan suda boğuldu - FOTO
-
Bir ailə qəzada yox oldu - Ən son selfi
-
“2025 - Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi - FOTO
-
Putindən İran-İsrail gərginliyinə reaksiya
-
Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib - FOTO
-
“Boeing”in vəziyyəti çətinləşir - Qəzaların səbəbi nədir?
-
Mnatsakanyan: Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq - FOTOlar
-
İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirildi
-
İsrail Həmədanda aviabazanı yenidən vurdu
-
Bakıda ölümlə bitən mübahisə - Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi