Tərkibi:
xəmir:
3 yumurta
1 st. şəkər tozu
1 x.q. bal
1 ç.q. söndürülmüş soda
1,5 st. un
1 st. qoz (sürtgəcdən keçirilmiş)
vanil
krem:
200 q yağ
200 q xama
1 st. şəkər tozu
1 st. sürtgəcdən keçirilmiş qoz
2 x.q. kakao
Yumurtaları şəkər tozu ilə çalın. Üzərinə vanil, bal, söndürülmüş soda, axırda un və qoz əlavə edib çalın.
24x26 sm ölçüdə sinini yağlayın.
Xəmiri gözəyarı 3 yerə bölün. Siniyə töküb (divarlarına dəyməmək şərtilə, təxminən 1,5 sm aralı) hamarlayın. Bu zaman əllərinizi yaşlaya bilərsiniz. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Hazır olan kimi sinini tərs çevirməklə (qaynar-qaynar) korju ələyin, yaxud yaş dəsmalın üstünə qoyun. Soyudun.
Krem üçün yumşaldılmış yağı şəkər tozu və kakao ilə çalın. Sonra çalınmış xama və qozu əlavə edin.
Korjları aralarına krem çəkməklə üst-üstə qoyun. Üstünə və kənarlarına da krem çəkin, istəyə görə bəzəyin.
İkinci variant (konyaklı)

Tərkibi:
xəmir:
2 st. un
2 yumurta
2 st. şəkər tozu
1,5 st. qoz
2 x.q. konyak
2 x.q. bal
1 ç.q. soda
krem:
1 banka qatılaşdırılmış süd
150 q kərə yağı
1/3 st. xırdalanmış qoz
Qozu ət maşınından keçirin. 2 yumurtanı 2 st. şəkər tozu ilə çalın. Qozu, sirkədə söndürülmüş sodanı buraya əlavə edin. 2 x.q. konyak və 2 x.q. bal, un əlavə edin. Elastik kütlə alınanadək yoğurun. Xəmiri üç yerə bölüb 180 dərəcə qızdırılmış sobada bişirin.
Kərə yağını çalın, sonra qatılaşdırılmış süd əlavə edin, yenə çalın. Qoz vurub qarışdırın. Korjları aralarına krem çəkməklə üst-üstə qoyun. Üstünə və kənarlarına krem çəkin. Qoz səpin.
Üçüncü variant (demək olar ki, ikiqat konyaklı ballı tort)

Tərkibi:
xəmir:
150 q yağ
3 yumurta
150 q şəkər tozu
2-3 x.q. bal
40 ml. konyak
1 ç.q. söndürülmüş soda
2,5-3 st. un
krem:
500 q xama (30%) + şəkər pudrası (istəyə görə)
1 banka qatılaşdırılmış süd + 1 paçka kərə yağı + 40 ml. konyak
300 q qoz
Yağı, şəkər tozunu, yumurtaları, balı vam odda qaynara düşənəcən dayanmadan qarışdırın. Sirkədə söndürülmüş soda əlavə edib ocaqdan götürün. Unu tədricən əlavə edib qarışdırın (çalışın, çox bərk olmasın).
Xəmiri lövhənin üstündə yoğurun, 30 dəqiqə saxlayın. 15-16 hissəyə bölün. 1-1,5 mm qalınlıqda yayıb siniyə qoyun. Qızılı rəng alana qədər sobada bişirin (təxminən 1,5-2 dəqiqə).
Krem hazırlamaq üçün əvvəlcə xamanı çalın. İstəyə görə buraya şəkər pudrası əlavə edə bilərsiniz. Sonra ayrı qabda yumşaldılmış kərə yağını (təxminən 200-250 q) çalın, ona qatılaşdırılmış süd və 40 ml. konyak əlavə edin. Hər iki kremi qarışdırın.
Korjların arasına bol-bol krem çəkin, qoz səpin. Tortun üstünə və kənarlarına da krem çəkib qoz səpin.
Bu tort soyuducuda ən azı 8 saat saxlanmalıdır.
Nuş olsun!
Milli.Az
Bu videonun köməyi ilə tortunuzu şokoladla gözəl bəzəyə bilərsiniz.
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.