Ermənistan-Azərbaycan münaqişəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Eldar Sabiroğlu: “Ermənistanın təklikdə müharibə aparmağa cürəti yoxdur”
28 Aprel 2010 15:34
Baxış: 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan açıqlamada deyilir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin aprelin 23-də Müdafiə Nazirliyində müşavirə keçirərkən səsləndirdiyi əsaslı fikirlər, nazir Səfər Əbiyevin ordunun döyüşə hazır olduğu barədə dövlət başçısına təqdim etdiyi məruzə və digər açıqlamalar nəinki regionda, o cümlədən bütün dünyada geniş əks-səda doğurub: "Bu, olduqca əhmiyyətli bir müşavirə idi. Beynəlxalq ekspertlər də eyni qənaətdədir. Nəticəsi də şübhəsiz görünəcəkdir. Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlayacağı təqdirdə Ermənistanın məğlubiyyəti qaçılmazdır. Buna ordumuzun yetərincə müasir silah-sursatla, ağır texnika ilə təjizatı, əsgərin döyüş ruhu, ən başlıcası prezidentlə xalqın yektilliyi böyük imkanlar yaradır. O zaman sual edilə bilər ki, bəs proses niyə yubadılır? Keçilmiş yol, münaqişənin həll edilməsinə Azərbaycanın səyləri onu deməyə əsas verir ki, burada gizli bir səbəb axtarmağa ehtiyac yoxdur. Yeganə faktor ondan ibarətdir ki, ölkəmiz problemin sülh yolu ilə həll edilməsi istiqamətində Minsk Qrupunun və digər beynəlxalq institutların fəaliyyətinin konkret nəticə verəcəyinə ümid edirdi. Azərbaycan bölgədə yenidən qan tökülməsini istəmirdi. Müşavirədə cənab Prezidentin çıxışının əsas məğzini də bu məqamlar təşkil edirdi. Ancaq göründüyü kimi, bizim sülhpərvər siyasətimizin reallaşmasına Ermənistanla birlikdə bəzi məlum dairələr ciddi əngəllər törədirlər. Belə olan təqdirdə başqa yol qalırmı? Əlbəttə ki, yox.
Cənab Prezident İlham Əliyevin keçirdiyi məlum müşavirədən sonra Ermənistanın Müdafiə Nazirliyinin narahatlıqdan doğan reaksiyası da məhz bununla bağlıdır. Verilmiş bəyanatda bizə bəzi xatırlatmalar edən düşmən ölkənin nazirliyi paslanmış yaddaşını bir qədər təzələsə və məkrdən uzaqlaşaraq həqiqəti cüzi də olsa görə bilsə, o zaman Azərbaycanın torpaqlarını Ermənistana birinci Dağlıq Qarabağ savaşında kimin, yəni hansı ölkənin "hədiyyə" etdiyini anlayar. Görünür, yenə də təkrar etmək məjburiyyətində qalırıq. Ermənistanın təklikdə müharibə aparmağa cürəti yoxdur. Onu bu gün də danışdıran, şirnikləşdirən, kölgəsinə sığındığı qüvvədir. Yəqin ki, fikrimizi aydın ifadə edirik. Yoxsa uşaq qatili Seyran Ohanyan və onun kimilər indi "qəhrəmanlıqdan" dəm vura bilməzdilər. Okeanın dibində balinanın dərdini duyan, lakin erməni xəstəliyinə göz yuman dünyanın özü də bunu bilir...
Həmin müşavirədə erməni xəstəliyinin nə qədər məkrli və eybəcər vəziyyətdə olduğu bir daha tutarlı arqumentlərlə nəzərə çatdırıldı. Azərbaycan torpaqlarının uzun illərdir heç bir beynəlxalq hüquqa söykənmədən işğal altında saxlanıldığını önə çəkən Ali Baş Komandanımız bildirdi ki, bütün zəbt olunmuş rayonlarda mədəni, dini tarixi abidələrimiz dağıdılmış, maddi sərvətlərimiz talan edilmiş, muzeylərimizdən tarixi eksponatlarımız erməni oğruları tərəfindən aparılmış, bütün məscidlərimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilmişdir. Prezident bu kəlmələrdən sonra qətiyyətlə əlavə edir ki, bu qədər qəddarlığa, bu qədər ədalətsizliyə dözə bilmərik. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək.
Erməni oğrularının və vandallarının çoxdan yırtılmış maskasını beynəlxalq ijtimaiyyətə bundan aydın şəkildə çatdırmaq sadəcə mümkün deyil. Müharibələrin tarixinə nəzər yetirsək o zaman bir həqiqət gözlərimiz qarşısında canlanar. Tarixdə çox nadir hallarda müharibə aparan ölkə digər ölkənin müqəddəs yerlərini topa-tüfəngə tutub və ya əlinə keçəni oğurlayıb aparıb. Əgər iki-üç belə alçaqlıq hadisəsi tarixin yaddaşında qalıbsa, onlardan biri də məhz erməni vandalizmidir ki, biz də bununla 20 əsrin sonu 21 əsrin əvvəllərində rastlaşdıq.
Ermənistanın Müdafiə Nazirliyinin bəyanatından açıq görünür ki, onlar doğrudan qorxu içərisindədirlər. Ona görə də sərsəm və yalançı fikirlər söyləməklə özlərini sığortalamağa çalışırlar. Çünki daxildə də vəziyyətləri olduqja bərbad haldadır. Fikrimizi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun bir neçə gün əvvəl "Novosti Armeniya" agentliyində getmiş bəyanatından iqtibas gətirməklə bitirmək istəyirik. O deyir: "Əgər 2004-2009-ju illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa 2010-2016-cı illərdə problemlərlə üzləşəjəyik. Bu müddətdə orduya çağırılan şəxslərin sayı azalacaq". Heç bir sözünə toxunmadıq. Ancaq Xaçaturov bir az problemi geri çəkmiş kimi görünür. Əslində keçən ilin özündə Ermənistanın müdafiə nazirliyi bir neçə hərbi hissəni çağırışçı çatışmazlığından komplekləşdirə bilməyib. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Mustafa" Bakıya gəlir - (Video)
-
Tanınmış türkiyəli rok ifaçısı öldü
-
Bakıda mənzillər bir neçə nəfərə satılıb - 172 nəfər zərər çəkib
-
Bütün sosial ödənişlər bu tarixdə veriləcək - Rəsmi
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
TikTok-da valideynlərə yeni imkan: Övladlarının nə etdiyini görə biləcəklər
-
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
-
Kayli Cennerin estetik izləri diqqət çəkdi - (Foto-Video)
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
ABŞ-də helikopter qəzası: Ölənlər var
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
DSX-nin əsgəri vəfat etdi
-
"Mehdi" saxlanıldı - (Foto)