Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə istənilən ölkənin cəlb olunması Ermənistan və Azərbaycanla razılaşdırılmalıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münaqişə ilə bağlı danışıqların növbəti mərhələsinə Türkiyənin qoşulub-qoşulmaması ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, bu məsələ yalnız münaqişə tərəflərinin razılığı əsasında ola bilər:
"Burada iki tərəfin, Azərbaycan və Ermənistan nəzər nöqtəsi vacibdir. Yalnız münaqişə tərəfləri tənzimləmə prosesinə bu və ya digər dövlətin qoşulmasına razılıq verə və ya dəstəkləyə bilər".
Milli.Az