Ermənistan-Azərbaycan münaqişəsi

Yerəvanda təcili toplantı: Separatçı rejimin liderləri Paşinyandan izahat tələb edir

20 Oktyabr 2020 15:00
Baxış: 6 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin sabiq "liderləri" Arkadi Qukasyan və Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək məqsədilə təcili şəkildə Yerevana gedib.

Milli.Az Trend-ə istinadən məlumatına görə, tərəflər döyüş zonasındakı vəziyyəti müzakirə ediblər.

Erməni mətbuatı yazır ki, A.Qukasyan və B.Saakyan Yerevana baş nazirin bir gün əvvəl bir sıra partiya nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə əlaqədar narahatlığın bildirmək üçün yola düşüb.

Həmin görüş zamanı hansı fikirlərin səsləndirildiyi barədə məlumat verilməyib.

N.Paşinyanın mətbuat katibi separatçıların görüşü barədə məlumatı olmadığını desə də, jurnalistlər onların hökumət binasından çıxmasını görüntüyə alıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.