Ermənistan-Azərbaycan münaqişəsi

Ermənilərin törətdiyi soyqırım haqqında kitabın ingilis variantı təqdim olunub - FOTO

19 Aprel 2010 13:53
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" ("Victimized by the Armenian occupation - Baganis Ayrim") kitabı erməni silahlı birləşmələrinin rus ordusunun köməyi ilə 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir.

Trend BİA mətbuat mərkəzində kitabın təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, kitabın çap olunmasında məqsəd beynəlxalq ictimaiyyət nümayəndələrini ermənilərin tək Dağlıq Qarabağı deyil, Azərbaycanın digər regionlarını da, həmçinin Qazax rayonunu əhatə edən işğalçı siyasəti barədə məlumatlandırmaqdır: "Kitab vasitəsiylə dünyaya Bağanıs Ayrım soyqırımını çatdırmaq istəyirik. Çünki bəzən elə təsəvvür yaranır ki, erməni silahlı qüvvələri sadəcə Qarabağ və ətraf rayonlarda soyqırım törədiblər. Lakin erməni silahlı qüvvələri Qazax rayonunun yeddi kəndini işğal ediblər. Bu kitabda erməni vandalizmi konkret fotomateriallarla sübut olunur, bəzi cinayətkarların adı təqdim olunur".

Millət vəkilinin sözlərinə görə, kitabda, eyni zamanda, Bağanıs Ayrım soyqırımının şahidlərinin, ailəsi soyqırıma məruz qalanların ifadələri də yer alıb. Qənirə
Paşayeva bildirib ki, kitab yaxın zamanda rus və ərəb dilinə də tərcümə olunacaq.

Kitabın həmmüəllifi Akif Aşırlı təqdimat mərasimində bildirib ki, hər il 24 aprel tarixi ərəfəsində erməni lobbisi dünyanın müxtəlif ölkələrində "uydurma soyqırım"ın tanıdılması istiqamətində təşviqat aparır və "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı erməni yalanına qarşı cavab olacaq.

Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.

/Trend/



--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.