Ermənistan-Azərbaycan münaqişəsi

Torpaqların qaytarılması məsələsində Ermənistan XİN və MN arasında ziddiyət yarandı

21 Sentyabr 2017 16:06
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan xarici işlər naziri Edvard Nalbadyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir: "Dağlıq Qarabağ boyunca təhlükəsizlik sistemi yaradılıb. Bu sistemin pozulması acınacaqlı nəticələrə gətirib çıxara bilər".
 
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbadyan sentyabrın 19-da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılması məsələsi müzakirə olunur. O əlavə edib ki, söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması Dağlıq Qarabağa təhlükə törətməyəcək.
 
Erməni nazir danışıqların pozulmaması üçün digər detalları açıqlamayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.