Ermənistan-Azərbaycan münaqişəsi

Hüseyn Bağırov: “Azərbaycanın təbii sərvətləri ermənilər tərəfindən talan edilir”

2 Aprel 2011 14:50
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənistan Azərbaycanın təkcə meşələrinə deyil, bütün təbii sərvətlərinə düşmən münasibəti göstərir. Bəzən belə təsəvvür yaratmağa çalışırlar ki, atəşkəs rejimidir və sülh danışıqları aparılır. Amma atəşkəs olsa da, başqa vasitələrlə müharibə davam etdirilir". APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, Azərbaycanın təbii sərvətləri qanunsuz talan edilir, işğal altında olan meşələri qırılır, yeraltı sərvətləri vəhşicəsinə istismar edilir, çayları şüurlu çirkləndirilir. Onun sözlərinə görə, bütün bunlar Ermənistanın Azərbaycana qarşı apardığı total müharibənin davamıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.