İran

İranlı siyasətçi Azərbaycanı təhdid etdi

29 Oktyabr 2021 10:02
4 Şərh     Baxış: 2 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mərdomsalari" partiyasının baş katibi Mustafa Kəvakibian deyib: "Əgər hiss etsək ki, İsrail rejiminin Azərbaycandakı bazası İran əleyhinə işləyir, biz mütləq həssas mövqe tutacağıq".

Milli.Az xəbər verir ki, Mustafa Kəvakibian bu gün İran Daxili İşlər Nazirliyi yanında Partiyalar Evində baş tutan iclasdakı çıxışında deyib ki, əgər Azərbaycan İsrail ilə yaxınlaşmaq istəyirsə yaxınlaşsın, ancaq əgər İsrail rejiminin Azərbaycandakı bazası İrana qarşı fəaliyyət göstərərsə, o zaman biz buna kəskin mövqe nümayiş etdirəcəyik.

Qeyd edək ki, bir yandan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan və İran arasındakı bütün problemləri həll etdiklərini deyərkən, başqa bir yandan isə İran rəsmiləri öz millət vəkilləri, hərbçiləri, siyasi "ekspertləri və təhlilçiləri" vasitəsi ilə guya İsrailin Azərbaycanda bazasının olması və İrana qarşı fəaliyyət göstərməsi kimi əsassız fikirlər söyləməyə davam edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.